Baş kopirayter
İş təsviri və tələblər
Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə; Reklam agentliyi təcrübəsi mütləqdir; Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı; Qrammatik biliklər; Kreativlik, analitik düşüncə və diqqətcil olmaq; Operativ və düzgün qərar vermə; Vaxt və tapşırıq idarə etmə; Dil biliyi: Azərbaycan – Mükəmməl; İngilis – Yüksək; Kompüter biliyi: Tələb olunmur; Təhsil səviyyəsi: Ali təhsil (bakalavriat); Sahə üzrə iş təcrübəsi: 3-4 il.
Vəzifə öhdəlikləri
Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması (rebrendinq) proseslərində aktiv iştirak etmək; Neyminq, marka dilini (ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək; 360 dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli sürmək; Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq; Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər yazmaq; Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək; Kopirayter komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə nəzarəti təmin etmək; Departament arasındakı digər əməkdaşlarla sıx əməkdaşlıq etmək; Dizayn, SMM komandalarına, influenser və reklam agentliklərinə düzgün briflər ötürmək; Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.