ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Baş kopirayter

🏢Baku Electronics📍Ünvan qeyd edilməyib⏳Tam ştat📅05.10.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

•

Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə; Reklam agentliyi təcrübəsi mütləqdir; Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı; Qrammatik biliklər; Kreativlik, analitik düşüncə, diqqətcil olmaq; Operativ və düzgün qərar vermə; Vaxt və tapşırıq idarə etmə; Dil biliyi: Azərbaycan - Mükəmməl, İngilis - Yüksək; Təhsil səviyyəsi: Ali təhsil - bakalavriat; Sahə üzrə iş təcrübəsi: 3 - 4 il; Kompüter biliyi: Tələb olunmur.

Vəzifə öhdəlikləri

Baş kopirayter Biznes və İdarəetmə, Bakı Vakansiya tarixi: 12 Avqust 2026 Bitmə tarixi: 15 Oktyabr 2026 Vəzifə funksiyaları: - Yeni brendlərin yaradılması (brendinq) və ya mövcud brendlərin yenidən markalaşması (rebrendinq) proseslərində aktiv iştirak etmək; - Neyminq, marka dilini (ton of voice) və əsas mesajlarının formalaşdırılmasını təmin etmək; - 360 dərəcəli bütün kommunikasiya kanallarında kommunikasiyanın aparılmasında kreativ həllər irəli sürmək; - Televiziya reklam çarxları, radio spot ssenariləri, çap materialları, bilbordlar və SMS mətnləri daxil olmaqla effektiv mətnlər hazırlamaq; - Güclü və cəlbedici reklam sloqanları, yaradıcı konsept və storitellinqlər yazmaq; - Yazılı məzmunun hüquqi, etik, qrammatik və orfoqrafik standartlara tam uyğunluğunu yoxlama və redaktə etmək; - Kopirayter komandası, eləcə də digər məzmun mütəxəssislərinə dəstək olmaq, tapşırıqları bölüşdürmək və işin keyfiyyətinə nəzarəti təmin etmək; - Departament arasındakı digər əməkdaşlarla sıx əməkdaşlıq etmək; - Dizayn, SMM komandalarına, influenser və reklam agentliklərinə düzgün briflər ötürmək; - Təyin olunmuş tarixlərdə (deadline) tapşırıqları düzgün təhvil vermək. Digər şərtlər: - Kopiraytinq sahəsində minimum 3-4 il təcrübə; - Reklam agentliyi təcrübəsi mütləqdir; - Müxtəlif auditoriyalara uyğun üslubda yazmaq bacarığı; - Qrammatik biliklər; - Kreativlik, analitik düşüncə, diqqətcil olmaq; - Operativ və düzgün qərar vermə; - Vaxt və tapşırıq idarə etmə. Dil biliyi: - Azərbaycan - Mükəmməl - İngilis - Yüksək Kompüter biliyi: Tələb olunmur Təhsil səviyyəsi: Ali təhsil - bakalavriat Sahə üzrə iş təcrübəsi: 3 - 4 il Ünvan: Bakı, Bakı ş., Binəqədi rayonu, Ə. Naxçıvani küç. 3066

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.