Android Developer - Future Lab
İş təsviri və tələblər
Kotlin istifadə edərək Android proqramlaşdırması sahəsində 3+ il peşəkar iş təcrübəsi. Clean Architecture üzrə möhkəm anlayış və praktiki iş təcrübəsi. Modular arxitektura və böyük miqyaslı layihələrlə iş təcrübəsi. Asinxron əməliyyatlar üçün Kotlin Coroutines və Structured Concurrency üzrə güclü bilik. Android networking (REST API, authentication, WebSocket) üzrə güclü bilik. Real-time sistemlər və ikitərəfli kommunikasiya ilə iş təcrübəsi. ProGuard/R8 konfiqurasiyası və SDK obfuscation strategiyaları üzrə iş təcrübəsi. Public API-lər üçün binary compatibility və semantic versioning üzrə anlayış. Transitive dependency-lərin idarə edilməsi və versiya konfliktlərinin həlli üzrə təcrübə. Güclü debugging və problem həll etmə bacarıqları. Əla kommunikasiya və əməkdaşlıq bacarıqları. Təhlükəsizlik tələbləri: Certificate Pinning (OkHttp CertificatePinner, Network Security Config) tətbiqi üzrə təcrübə. End-to-End Encryption tətbiqi prinsipləri üzrə bilik. Təhlükəsiz lokal məlumat saxlama (EncryptedSharedPreferences, Android Keystore) üzrə təcrübə. Təhlükəsiz token idarəetməsi və session handling üzrə anlayış. Təhlükəsiz logging praktikaları və həssas məlumatların sızmasının qarşısının alınması üzrə bilik. Input validation və sanitization texnikaları üzrə bilik.
Vəzifə öhdəlikləri
Mobil texnologiyalarla işləməyi və müasir, təhlükəsiz həllər yaratmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza Android Developer kimi dəvət edirik. Bu rolda Android tətbiqlərinin hazırlanması və təkmilləşdirilməsi, yeni funksiyaların əlavə edilməsi və müştərilər üçün təhlükəsiz, etibarlı və yüksək performanslı mobil təcrübənin yaradılmasında iştirak edəcəksiniz. Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və komanda ilə işləmək bacarığına sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.