Korporativ satış Mütəxəsisi
İş təsviri və tələblər
- Ali təhsil (iqtisadiyyat, biznes, marketinq və ya müvafiq sahədə)
- Korporativ satış sahəsində minimum 2 il təcrübə (tekstil, uniforma, iş geyimi və ya B2B satış təcrübəsi üstünlükdür);
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Danışıqları uğurla aparmaq və yekunlaşdırmaq bacarığı;
- Operativlik, analitik düşüncə və nəticəyə fokuslanma;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Sürücülük vəsiqəsi (B kateqoriya) üstünlükdür.
Vəzifə öhdəlikləri
- Uniforma və xüsusi geyim məhsullarının korporativ müştərilərə satışı; - Yeni müştərilərin aktiv şəkildə axtarışı və müştəri bazasının genişləndirilməsi; - Müştərilərlə görüşlərin təşkili, tələblərin dəqiq müəyyənləşdirilməsi və uyğun təqdimatların hazırlanması; - Kommersiya təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və satış prosesinin tam idarə olunması; - Layihələrin icrasına nəzarət, sifarişlərin istehsalatla koordinasiyası; - Müştəri məmnuniyyətinin təmin olunması və satış sonrası dəstək; - Bazar araşdırması, rəqiblərin təhlili və satış strategiyalarının təkmilləşdirilməsi.
Şirkət təklif edir:
- Sabit əmək haqqı + yüksək bonus sistemi;
- Rəsmi əmək müqaviləsi və sosial paket;
- Peşəkar komanda və stabil iş mühiti;
- Karyera yüksəlişi üçün imkanlar;
- İstehsalatla birbaşa işləyərək yüksək səlahiyyətli satış təcrübəsi qazanmaq imkanı.
İndi Müraciət Et
Hesabınız olmadığı üçün müraciyyət zamanı avtomatik hesab yaradılacaq, profilinizi təsdiqləmək üçün email-inizi yoxlayın.