Yük maşını sürücüsü
Описание работы и требования
Nəqliyyat vasitələrinin idarə olunması sahəsində ən azı 1-3 il iş təcrübəsi; Müvafiq kateqoriyalı (B, C kateqoriyası) sürücülük vəsiqəsinə malik olmalı; Problem həll etmə bacarığı olmalı; Operativ və düzgün qərar verməyi bacarmalı; Fiziki sağlamlıq və ağır məişət əşyalarını daşımaq bacarığı; Avtonəqliyyat vasitəsinin düzgün texniki istismarı üzrə baza biliklərinə sahib olmalı; Sahə üzrə iş təcrübəsi: 3 - 5 il
Должностные обязанности
Vəzifə funksiyaları Məhsulların anbardan təhvil alınması və yük maşınına səliqəli şəkildə yüklənməsi; Daşınan malların təhlükəsizliyini maksimum təmin etməklə, nəqliyyat vasitəsinin düzgün idarə olunması; Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət, texniki xidmətin vaxtında göstərilməsi, ehtimal olunan nasazlıqlar barədə rəhbərliyə öncədən məlumat verilməsi və imkan daxilində onların aradan qaldırılması; Məhsulların təyinat məntəqəsinə təhlükəsiz, səliqəli və vaxtında çatdırılmasının təmin edilməsi; Yüklərin nəqliyyat vasitəsinə düzgün şəkildə yüklənməsi, yerləşdirilməsi və sabitlənməsinə nəzarət edilməsi; Daşınma zamanı tələb olunduqda ağır və iri həcmli məhsulların fiziki daşınmasında fəal iştirak etmək; Xətt zamanı mexanizmin sökülməsini tələb etməyən xırda texniki nasazlıqların yerində aradan qaldırılması; Təhkim olunmuş nəqliyyat vasitəsinin daima təmiz və texniki cəhətdən saz vəziyyətdə saxlanılması.
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.