ОбъявленияКомпании
ПакетыБлог
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Tibbi ekspert

🏢Paşa Sığorta📍Адрес не указанПолная занятость📅20.04.2026💰По результатам собеседования

Описание работы и требования

PAŞA Sığorta ASC namizədləri Tibbi ekspert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Должностные обязанности

Tibbi ekspert vəzifəsi, tibbi sığorta üzrə hadisələrin ekspertizasının aparılması, tibb müəssisələri ilə effektiv əməkdaşlığın təşkili, sığorta ödənişlərinin əsaslandırılması və tibbi-maliyyə təhlilinin həyata keçirilməsi ilə şirkətin xidmət keyfiyyətinin və maliyyə dayanıqlılığının təmin olunmasında mühüm rol oynayır. Öhdəliklər: Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin nümayəndələri və müalicə həkimləri ilə əlaqələrin yaradılması və tibbi sığorta prinsiplərinin izahı. Sığorta hadisələri üzrə daxil olan sənədlərin təhlili və tibbi-maliyyə ekspertizasının aparılması, zəruri hallarda ekspertizanı birbaşa tibb müəssisəsində keçirmək. Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildikdə Sığorta Aktının hazırlanması. Əlaqə Mərkəzinin əməkdaşlarına klinikalarla iş xüsusiyyətlərinin izahı və cari məsələlərin həllində dəstək göstərilməsi. Şirkətin subkontraktor olmayan tibb müəssisələrinə müraciət edən sığorta olunanlar üçün ödənişin təmin edilməsi. Sığorta mübahisələri üzrə məhkəmə çəkişmələri üçün ekspert rəyinin hazırlanması. Şirkət tərəfindən təyin olunmuş periodik hədəflərə çatmaq və maraqların toqquşması hallarında tam və doğru məlumat vermək. Müştəri və əməkdaş məlumatlarının qorunmasını təmin etmək. Sığorta olunan şəxslərin hospitalizasiyasının təşkili və müalicə prosesinə nəzarət. Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsini təmin etmək. Sığorta olunanlara ödənilməsi tələb olunan hallarda ekspertiza aparmaq. Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi. Bilik və Bacarıqlar: Tibbi biliklər və tibbi-maliyyə ekspertiza bacarıqları. Ünsiyyət qurmaq və komandada işləmək bacarığı. Qeyri-standart vəziyyətlərə çevik reaksiya vermək. Məntiqi təfəkkür və analitik yanaşma. Məsuliyyətlilik və etibarlılıq. Stresə davamlılıq və yüksək işgüzarlıq. Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və rus dili bilikləri arzuolunandır. Təhsil və Təcrübə: Ali tibb təhsili. Tibbi sahədə minimum 3 il iş təcrübəsi. Bizim Təklifimiz: Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı. Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar. Şəffaf və innovativ iş mühiti. Şirkətin biznes uğuruna töhfə vermək imkanı. "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Подать Заявку Сейчас

Эта вакансия требует подачи заявки на сайте работодателя.