ОбъявленияКомпании
ПакетыБлог
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Sığorta tələblərinin idarəolunması şöbəsinin İcbari növlər üzrə sektorunun assistenti/kiçik mütəxəssisi/mütəxəssisi

🏢Paşa Sığorta📍Адрес не указанПолная занятость📅04.08.2026💰По результатам собеседования

Описание работы и требования

PAŞA Sığorta ASC namizədləri Sığorta tələblərinin idarəolunması şöbəsinin İcbari növlər üzrə sektorunun assistenti/kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol, icbari sığorta növləri üzrə sığorta hadisələrinin tam və dəqiq tənzimlənməsi prosesinə cavabdehdir.Mütəxəssis sığorta iddialarının sənədləşdirilməsi, müvafiq dövlət orqanları ilə əlaqələrin qurulması və müştərilərlə effektiv ünsiyyətin təmin edilməsi vasitəsilə müştəri məmnuniyyətinin artırılmasında və şirkətin nüfuzunun qorunmasında mühüm rol oynayacaq.Vəzifə, mübahisəli məqamların araşdırılmasını və iddiaların müqavilə şərtlərinə uyğun olaraq keyfiyyətli şəkildə idarə olunmasını tələb edir.

Должностные обязанности

Öhdəliklər İcbari sığorta növləri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesini təmin etmək; Sığorta hadisələri üzrə sənədləşməni və uçotu aparmaq; İcraatda olan sənədlərin bütövlüyünü, saxlanmasını və elektron nüsxələrinin müvafiq sistemə daxil edilməsini təmin etmək; Hadisə ilə bağlı materialların toplanması üçün müvafiq dövlət orqanlarına və təşkilatlara sorğular göndərmək və sənəd toplama prosesini idarə etmək; Sığortalılar, onların nümayəndələri və zərərçəkən üçüncü şəxslərlə birbaşa ünsiyyəti və sənədləşmə əməliyyatlarını təşkil etmək; Sığorta iddiaları prosesində tərəfləri qəbul etmək, iddia və iradları dinləmək və müqavilə şərtləri əsasında mübahisəli məqamları araşdırmaq. Bilik və Bacarıqlar Analitik düşünmə və qərar qəbuletmə bacarığı; Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Sənədlərlə işləmək və məlumatları təhlil etmək bacarığı; Məsuliyyət, təşəbbüskarlıq və məqsədyönlülük; Komandada işləmək bacarığı; Stressə davamlılıq; MS Office proqramlarında işləmək bacarığı; Dil bilikləri: Azərbaycan. Təhsil və Təcrübə Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya Hüquq sahələrinə üstünlük verilir); Müvafiq biznes sahəsində təcrübə arzuolunandır. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Подать Заявку Сейчас

Эта вакансия требует подачи заявки на сайте работодателя.