QA Engineer - Mikro Biznes Departamenti
Описание работы и требования
Kompyuter Elmləri, proqram mühəndisliyi və ya oxşar sahədə ali təhsil; Proqram təminatının testində, o cümlədən sistem testində, inteqrasiya testində, funksionallıq testində, test avtomatlaşdırmasında, mobil testdə ən az bir il təcrübə; Postman, Cucumber Framework, Appium və Selenium əsasında olan alətlərlə iş təcrübəsi; Aşağıdakı məlumat bazalarından ən az birində təcrübə: Oracle Database, MS SQL Server; Java bilikləri, Javascript bilikləri; Avtomatlaşdırılmış test alətləri ilə praktiki təcrübə, testlərin qiymətləndirilməsi, planlaşdırılması və hesabat verilməsi; Əla insanlararası və komanda ilə işləmə bacarıqları; Yazılı və şifahi, mükəmməl ünsiyyət bacarıqları; Yüksək təşkilatçılıq və detallara diqqət; Analitik düşüncə və problem həll etmə bacarığı; Özünü idarə edə bilən, bir çox QA vəzifələri arasında prioritetləri müəyyənləşdirmək qabiliyyəti; Elastik, uyğunlaşa bilən və sürətlə öyrənən.
Должностные обязанности
Biz inkişaf komandamızda yer ala biləcək QA Avtomatlaşdırma Mühəndisi və Manual testçi axtarırıq. Testin infrastrukturunu dizayn etməyə və test alətləri və yaxşı təcrübələrlə bağlı bilik, təcrübə gətirməyə dəstək olun. Bu rolda müxtəlif avtomatlaşdırma alətlərindən istifadə edəcək, effektiv test avtomatlaşdırma həlləri yaradacaq, test edəcək və yerləşdirəcəksiniz. Nəticədə, proqram təminatının bütün inkişaf mərhələlərini izləməli və keyfiyyət standartlarını yerinə yetirmək üçün sistem nasazlıqlarını müəyyən edib aradan qaldırmalısınız. Məqsədiniz, mümkün qədər az kod ilə test səylərinin maksimum hissəsini test etmək və avtomatlaşdırmaqdır. Güclü texniki baza və bütün test fəaliyyətlərini sadələşdirmək bacarığınız varsa, sizi komandamızda görməkdən məmnun olarıq.
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.