Müştəri müraciətlərinin təhlili və həlli üzrə mütəxəssis/aparıcı mütəxəssis
Описание работы и требования
PAŞA Sığorta ASC namizədləri Müştəri Müraciətlərinin Təhlili və Həlli üzrə Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol, tibbi sığorta sahəsində müştəri müraciətlərinin, xüsusilə şikayət və narazılıqların qəbulu, araşdırılması və həll edilməsi prosesinə rəhbərlik edir. Aparıcı mütəxəssis olaraq, siz müvafiq daxili strukturlarla koordinasiya quracaq, dövlət qurumlarından daxil olan sorğuları cavablandıracaq və müştəri məmnuniyyətini artırmaq üçün proseslərin təkmilləşdirilməsi üzrə təkliflər verəcəksiniz. Fəaliyyətiniz şirkətin xidmət keyfiyyətinin yüksəldilməsinə və müştəri loyallığının gücləndirilməsinə birbaşa təsir göstərəcək.
Должностные обязанности
Öhdəliklər Müştərilərdən daxil olan şikayət və narazılıqların araşdırılması, həll edilməsi və müvafiq proqram təminatında qeydiyyatının aparılması; Müraciətlərin həlli üçün daxili struktur və departamentlərə sorğuların göndərilməsi və prosesin izlənilməsi; Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət qurumlarından daxil olan müraciətlərin araşdırılması və vaxtında cavablandırılması; Daxil olan müraciətlərə əsasən problemlərin kök səbəblərini təhlil edərək gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görülməsi; Müştəri məmnuniyyətini artırmaq üçün proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və tətbiqində iştirak etmək; Baş ofisə yaxınlaşan müştərilərin qəbulunun təşkili və müraciətlərinin operativ həllinin təmin edilməsi; Departamentin fəaliyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək və birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək. Bilik və Bacarıqlar Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı; Yüksək ünsiyyətqurma, səlis nitq və fikri aydın izah etmə qabiliyyəti; Analitik düşüncə və problemli situasiyaları həll etmə bacarığı; Komandada işləmək və araşdırma aparmaq bacarığı; Müştərilərlə işləmə bacarığı və peşəkar davranış; Davamlı öyrənmə və fərdi inkişafa meyillilik; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə Ali təhsil (tibbi ixtisas və ya səhiyyə menecmenti üzrə olması arzuolunandır); Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi; Müvafiq sertifikatların olması üstünlükdür.
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.