Maliyyə Təhlili və İdarəetmə Hesabatlığı Şöbəsinin Baş Mütəxəssisi
Описание работы и требования
Ali təhsil (maliyyə, mühasibat və iqtisadi sahədə təhsil üstünlükdür); Müvafiq sahə üzrə 2-5 il iş təcrübəsinə malik olmaq; ACCA, CFA maliyyə sertifikatlarına sahib olmaq (arzuolunandır); Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək; Kompüter biliyi: yüksək səviyyədə MS Office biliklərinə sahib olmaq; SQL biliklərinə sahib olmaq (arzuolunandır); Ünsiyyət və komandada işləmək bacarığına malik olmaq; Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyətinə malik olmaq.
Должностные обязанности
Birbankın strateji qərarların qəbulunda əsas rol oynayan Maliyyə təhlili və idarəetmə hesabatlığı şöbəsinə baş mütəxəssis axtarırıq. Bu rol Bankın maliyyə nəticələrinin dərin təhlili, idarəetmə hesabatlarının hazırlanması, beynəlxalq hesabat standartlarına uyğun maliyyə hesabatlarının tərtibi və biznes bölmələrinə əsaslandırılmış tövsiyələrin verilməsini əhatə edir. Sizdən gözləntilərimiz yalnız rəqəmləri hesablamaq deyil, həm də onların arxasındakı məntiqi anlamaq, maliyyə performansını ölçərək rəhbərliyə strateji baxış bucağı təqdim etməkdir. Bu vəzifədə həm gündəlik hesabatların hazırlanması, həm də uzunmüddətli maliyyə proqnozlarının qurulmasında iştirak edəcəksiniz. Biz elə bir həmkar axtarırıq ki, analitik bacarıqları ilə yanaşı, biznesin müxtəlif istiqamətləri ilə sıx əməkdaşlıq qura bilsin. Çünki məqsədimiz yalnız hesabatlılıq deyil, həm də idarəetmə qərarlarının keyfiyyətini artırmaqdır.
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.