Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi
Описание работы и требования
• Əmək haqqının hesablanması sahəsində minimum 1–3 il iş təcrübəsinə sahib olmaq; • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə biliklərə sahib olmaq; • Əmək haqqı və əlaqəli ödənişlərin hesablanması üzrə praktiki təcrübəyə sahib olmaq; • Vergi və sosial sığorta hesabatlarının hazırlanması bacarığına sahib olmaq; • Mühasibat proqramları ilə işləmək bacarığına sahib olmaq (SAP, 1C, ERP və ya digər analoji sistemlər); • Microsoft Excel proqramını yüksək səviyyədə istifadə etmək bacarığına sahib olmaq (formullar, Pivot Table, məlumatların emalı və s.); • Analitik düşünmə və problemlərin həlli bacarığına sahib olmaq; • Məxfi məlumatlarla işləmək bacarığına sahib olmaq; • Komandada effektiv işləmək bacarığına sahib olmaq;
Должностные обязанности
Biz komandamıza əmək haqqının hesablanması sahəsində təcrübəli, məsuliyyətli və detallara diqqətli mütəxəssis axtarırıq. Bu vəzifədə çalışacaq şəxs əmək haqlarının düzgün və vaxtında hesablanmasına, vergi və sosial sığorta hesablamalarının aparılmasına, müvafiq hesabatların hazırlanmasına və əmək haqqı proseslərinin qüvvədə olan qanunvericiliyə uyğun icrasına cavabdeh olacaq. Analitik düşüncəyə malik, dəqiqliyə önəm verən və komanda ilə səmərəli əməkdaşlıq qura bilən namizədləri komandamızda görməkdən məmnun olarıq.
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.