Korporativ sığorta üzrə təcrübəçi
Описание работы и требования
PAŞA Sığorta ASC namizədləri Korporativ Sığorta üzrə Təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Korporativ Sığorta üzrə Təcrübəçi mövcud korporativ müştərilərlə iş proseslərinə dəstək göstərəcək, sığorta şəhadətnamələrinin yenilənməsi, sənədləşmənin idarə edilməsi və müvafiq sorğuların hazırlanması kimi əməliyyatlarda iştirak edəcək. Bu rol, departamentin gündəlik fəaliyyətinin səmərəliliyinə töhfə verməklə yanaşı, korporativ sığorta sahəsində ilkin praktiki təcrübə qazanmaq üçün mühüm fürsət yaradır.
Должностные обязанности
Öhdəliklər: Sığorta şəhadətnamələrinin yenilənməsi prosesində iştirak etmək; Müvafiq strukturlara sorğuların hazırlanması və göndərilməsi; Lazımi sənədlərin qəbul edilməsi və sistemləşdirilməsi; Birbaşa rəhbərin və sektor rəhbərlərinin tapşırıqlarını yerinə yetirmək. Bilik və Bacarıqlar: Sığorta qanunvericiliyi üzrə biliklərin olması arzuolunandır; Yüksək səviyyədə işgüzar yazışma və ünsiyyət qurma bacarığı; Təşəbbüskarlıq, dəqiqlik və məsuliyyət; Komandada işləmək bacarığı; Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri. Təhsil və Təcrübə: Ali təhsil; İş təcrübəsi tələb olunmur. Bizim Təklifimiz: Peşəkar inkişaf və karyera imkanları; Dəstəkləyici və əməkdaşlıq mühitində işləmək imkanı; Şirkətin uğuruna birbaşa töhfə vermək şansı; Şəffaf və açıq korporativ mədəniyyət; "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.