Kiçik SMM mütəxəssisi
Описание работы и требования
Ali təhsil (marketinq, biznes, jurnalistika, rəqəmsal marketinq və ya əlaqəli sahə üzrə); Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı; Sosial media platformalarının (Instagram, TikTok, Facebook, Youtube, X, LinkedIn və s.) iş prinsipləri və alqoritmləri haqqında əla biliklərə malik olmalı; Marketinq analitikası və performans göstəriciləri (reach, engagement, CTR və s.) haqqında biliklərə sahib olmalı; Sosial media marketinqi və trendləri haqqında dərin bilikləri olmalı; Meta Business Suite, TikTok studio və əsas kontent alətləri (Canva, CapCut və s.) ilə işləməyi bacarmalı; Təşəbbüskarlıq, yaradıcılıq, komanda ilə işləmək bacarığı, məsuliyyətlilik və problemləri həll etmə bacarığı olmalı; Dil biliyi: Azərbaycan - Yüksək; Rus - Orta; İngilis - Orta; Kompüter biliyi: MS Word - Yüksək; MS Excel - Orta; AI bilikləri - Orta; MS Outlook - Yüksək
Должностные обязанности
Sosial şəbəkələrdə brend imicinin qorunmasında və brend tonunun ardıcıl tətbiqində iştirak etmək; Şirkətin biznes məqsədlərinə uyğun sosial media strategiyasının hazırlanması və həyata keçirilməsində dəstək olmaq; Bütün sosial media platformalarında effektiv və mənalı kontent yaratmaq və paylaşmaq; Daimi olaraq cəlbedici kontent (orijinal mətn, fotoşəkillər, videolar, xəbərlər və s.) istehsal etmək, redaktə etmək və paylaşmaq; Kontent planı hazırlamaq və onun icrasını təmin etmək; Smartfon ilə praktiki foto/video çəkilişi həyata keçirmək və materialları redaktə etmək; Marketinq, satış və müştəri xidmətləri komandaları ilə əməkdaşlıq edərək brendin ardıcıllığını təmin etmək; Brend şüurunu inkişaf etdirmək üçün promosyonlar, tədbirlər və müsabiqələr kimi yeni təşəbbüslər təklif etmək və həyata keçirmək; Bazar trendlərini və auditoriya seçimlərini araşdırmaq; Sosial media performansını Meta Business Suite və digər analitik alətlər vasitəsilə izləmək, həftəlik/aylıq hesabatlar hazırlamaq; Zərurət yaranarsa, kamera qarşısında özünü sərbəst ifadə etmə, sosial media videolarında aparıcı qismində çıxış etmə bacarığı və ya bu istiqamətdə inkişaf etməyə maraq.
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.