ОбъявленияКомпании
ПакетыБлог
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Debitor hesablaşmalarına nəzarət üzrə təcrübəçi

🏢Paşa Sığorta📍Адрес не указанПолная занятость📅25.05.2026💰По результатам собеседования

Описание работы и требования

PAŞA Sığorta ASC namizədləri Debitor hesablaşmalarına nəzarət üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə şirkətin debitor hesablaşmalarının idarə olunmasında, ödənişlərin izlənməsi və borcların effektiv idarə edilməsində mühüm rol oynayır, həmçinin müştəri məmnuniyyətinin təmin olunmasına və maliyyə əməliyyatlarının dəqiqliyinə töhfə verir.

Должностные обязанности

Öhdəliklər: - Sığorta müqavilələri üzrə sığorta haqlarının izlənməsi və ödənilməsinin təmin edilməsi. - Müştərilərin borclar barədə ətraflı məlumatlandırılması və sənədlərlə təmin olunması. - Debitor borcların araşdırılması və yaranma səbəblərinin təyin edilməsi. - Əsassız məbləğlərin müvafiq sığorta şəhadətnamələrinə və ya hesablara yönləndirilməsi. - Müştərilərə keyfiyyətli xidmət göstərilməsi, ehtiyac yaranarsa işgüzar görüşlərdə iştirak edilməsi. - Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, şirkət üçün faydalı ola biləcək işlərin icrası. - Ödənişi gecikən borclar üzrə analitik hesabatların hazırlanması. - Müştərilərə sms və ya xəbərdarlıq məktublarının göndərilməsi. - Müştərilərə xitam ilə bağlı sms və ya rəsmi məktubların ünvanlanması. Bilik və Bacarıqlar: - Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində biliklər. - MS Office (Excel, Word, PowerPoint) proqramları üzrə biliklər. - Komandada işləmək və effektiv kommunikasiya bacarığı. - Səlis danışıq və öz fikirlərini ifadə etmək bacarığı. - Vaxt idarəetmə və stress altında işləmək qabiliyyəti. - Məlumatların məxfiliyinin qorunub saxlanılması. - Detallara diqqət və analitik düşüncə. - Təşəbbüskarlıq və problemə çevik reaksiya vermək bacarığı. - Məsuliyyətlilik və dəqiqlik. Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə: - Ali təhsil: Maliyyə və kredit, Risk, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə. - 0-1 il müvafiq sahədə təcrübə arzuolunandır. - ACCA(F3) sertifikatı arzuolunandır. Bizim Təklifimiz: - Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və inkişaf mühiti. - Fərdi və peşəkar inkişaf üçün təlim və öyrənmə imkanları. - Şirkətin biznes proseslərinə və innovativ layihələrə töhfə vermək imkanı. - Şəffaflıq və açıq kommunikasiyaya əsaslanan iş mühiti. - "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Подать Заявку Сейчас

Эта вакансия требует подачи заявки на сайте работодателя.