Daxili audit üzrə kiçik mütəxəssis
Описание работы и требования
Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı; MS Office proqramlarında işləməyi bacarmalı; Beynəlxalq Daxili Audit Standartları (IIA) üzrə biliklər; Analitik düşünmə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı; Operativ və düzgün qərar verməyi bacarmalı; Problemləri həll etmə bacarığı olmalı.
Должностные обязанности
Daxili audit üzrə kiçik mütəxəssis Vəzifə funksiyaları Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığının, xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayılmasında iştirak edərək, ERP sistemindən alınmış hesabatlarla müqayisə aparmaq və nəticələri sənədləşdirmək; Mağaza və Mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxış və qiymətləndirmə işlərini həyata keçirmək; Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə müəyyən edilmiş xüsusi meyarlara əsasən müşahidələr aparmaq, işçi heyətinə suallar vermək, nəticələri təhlil edib qiymətləndirmək və əldə olunan məlumatlar barədə rəhbərliyə hesabat vermək; Servis tərəfindən satışa yararsız hesab edilmiş malların məhv edilməsi prosesində işçi qrupunun tərkibində iştirak etmək və bu prosesin nəticələrinin aktlaşdırılmasında iştirak etmək; Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətini qiymətləndirmək məqsədi ilə monitorinqlər aparmaq və nəticələr barədə məlumat hazırlamaq; Audit nəticələrinin ümumiləşdirilməsi və ilkin audit hesabatının hazırlanması məqsədilə toplanmış məlumatları sistemləşdirmək və rəhbərliyə təqdim etmək. Digər şərtlər Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı; MS Office proqramlarında işləməyi bacarmalı; Beynəlxalq Daxili Audit Standartları (IIA) üzrə biliklər; Analitik düşünmə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı; Operativ və düzgün qərar verməyi bacarmalı; Problemləri həll etmə bacarığı olmalı. Dil biliyi Tələb olunmur Kompüter biliyi Tələb olunmur Vakansiya tarixi 06 İyul 2026 Bitmə tarixi 06 Avqust 2026 Təhsil səviyyəsi Ali təhsil - bakalavriat Sahə üzrə iş təcrübəsi 0 - 1 il Ünvan Bakı, Bakı ş., Binəqədi rayonu, Ə. Naxçıvani küç. 3066
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.