Data scientist (orta / yüksək)
Описание работы и требования
* İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil * Maşın öyrənməsi modelləri ilə ən azı 1 il iş təcrübəsi * Churn, NBP/NBO və müştəri analitikası modellərinin qurulmasında real iş təcrübəsi * Qabaqcıl statistik metodlar (reqressiya, təsnifat, paylanma, testlər, ML/AI) üzrə dərin bilik və təcrübə; nəticələri real biznes problemlərində əsaslandırmaq bacarığı * Tableau və ya digər məlumat vizuallaşdırma alətlərindən istifadə edərək çıxardığı nəticələri maraqlı tərəflərə aydın və peşəkar formada təqdim etmə bacarığı * Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi * Modellərin istehsalat mühitinə tətbiqi üçün Docker və Kubernetes kimi texnologiyalardan istifadə təcrübəsi * SQL və Python üzrə praktiki təcrübə * Tableau bilikləri əlavə üstünlükdür * Analitik düşüncə və kompleks problemləri sistemli həll etmə bacarığı * Detallara diqqət və işin dəqiqliklə aparılması * Müstəqil işləmə motivasiyası və yüksək təşəbbüskarlıq * Effektiv ünsiyyət və güclü komanda ruhu * Adaptivlik, dəyişən şəraitə tez uyğunlaşmaq qabiliyyəti * Vaxtın idarə edilməsi və prioritetləşdirmə bacarığı * Etibarlılıq, məsuliyyət və işə ciddi yanaşma
Должностные обязанности
* Müştəri davranışını proqnozlaşdıran modellər (churn, next best product/offer, müştəri dəyəri və s.) qurmaq, təkmilləşdirmək və KPI-ları optimallaşdırmaq * Müştəri məlumatlarını dərindən öyrənərək əsas tendensiyaları aşkara çıxarmaq və bu nəticələri şirkət üçün konkret biznes dəyərinə (saxlama dərəcəsi, gəlir artımı, çarpaz satış) çevirmək * Data-driven qərarvermə üçün sürətli prototiplər və xüsusi modellər hazırlamaq (seqmentasiya, propensity scoring, LTV proqnozu) * Churn proqnozlaşdırma, NBP/NBO (Next Best Product/Offer) və (CLV) modellərini qurmaq, yeniləmək və təkmilləşdirmək * Modelləşdirmə nəticələrini qısa, aydın təqdim edərək marketinq, satış və məhsul komandalarının qərar qəbulunu asanlaşdırmaq
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.