ОбъявленияКомпании
ПакетыБлог
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Финансы, бизнес и управление

Data elmi üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis - Risk

🏢YeloBank📍Адрес не указанПолная занятость📅22.06.2026💰По результатам собеседования

Описание работы и требования

* Ali təhsil; * Alqoritmləri və məlumat strukturunu yaxşı başa düşmək; * Python`la iş təcrübəsi; * SQL biliyi böyük üstünlükdür; * Qabaqcıl statistik üsullar və konsepsiyalar, o cümlədən reqressiya, təsnifat, paylanma xüsusiyyətləri, statistik testlər və s. sahəsində bilik və təcrübə; * Statistik anlayışları və bilikləri real tətbiq etmək təcrübəsi; * Məlumatların vizuallaşdırılması vasitələrindən (Power BI, Tableu və s.) istifadə etmək bacarığı; * Komandalararası əməkdaşlığı təşviq etmək üçün yaxşı ünsiyyət bacarıqları; * Data elm sahəsini və onun biznesə tətbiqini öyrənmək həvəsi.

Должностные обязанности

• Kredit risk modellərinin (PD, LGD, EAD, Skorinq modelləri və s.) hazırlanması, təkmilləşdirilməsi və monitorinqi. • Müştəri davranışları, ödəniş intizamı və kredit portfeli üzrə analitik araşdırmaların aparılması. • Model üçün tələb olunan məlumatların hazırlanması və xüsusiyyətlərin (feature engineering) yaradılması. • Modellərin performansının qiymətləndirilməsi, validasiyası və stabilliyinin monitorinqi. • Risk, Biznes, İT və digər aidiyyəti komandalarla əməkdaşlıq. • Analitik nəticələrin və tövsiyələrin rəhbərliyə təqdim edilməsi. • Modellərin istehsal mühitinə tətbiqi və sonrakı monitorinq proseslərinin dəstəklənməsi. • Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi.

Biz Sizə nə təklif edirik: * Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti; * Tibbi sığorta proqramına qoşulma; * Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Подать Заявку Сейчас

Эта вакансия требует подачи заявки на сайте работодателя.