Baş İT biznes analitik
Описание работы и требования
PAŞA Sığorta ASC namizədləri Baş İT biznes analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə şirkətin korporativ məhsullar komandasında mürəkkəb biznes və texnoloji problemlərin həllinə, strateji layihələrin idarə edilməsinə və innovativ yanaşmaların tətbiqinə cavabdehdir; həmçinin, gənc analitiklərə mentorluq etməklə təşkilatın davamlı inkişafına və rəqabət üstünlüyünə töhfə verir.
Должностные обязанности
Öhdəliklər Biznes strategiyalarını nəzərə alaraq maraqlı tərəflərlə əməkdaşlıq edərək kritik və yüksək prioritetli biznes tələblərini toplamaq, təhlil etmək və sənədləşdirmək. Böyük həcmli verilənləri təhlil edərək strateji biznes qərarlarını dəstəkləmək üçün modellər və proqnozlaşdırma üsulları tətbiq etmək, təkmilləşdirilməli sahələri müəyyənləşdirmək və effektiv həll yolları təklif etmək. Biznes və IT strateqiyalarına uyğun proses optimallaşdırması aparmaq, BPMN və ya UML modelləri ilə vizuallaşdırılmış proses axınlarını yaratmaq. Biznes tələblərinə cavab verən həllərin təmin olunması üçün test ssenarilərinin QA ilə birgə hazırlanmasında, testin aparılmasında və doğrulanmasında iştirak etmək. CoE tələblərinə uyğun olaraq sənədlərin tərtib edilməsinə və saxlanılmasına nəzarət etmək. Biznes proseslərini optimallaşdırmaq üçün yeni yanaşmalar və avtomatlaşdırma imkanlarını təklif etmək, CoE və innovasiya komandaları ilə birgə təkmilləşdirmə təşəbbüsləri aparmaq. Bilik və Bacarıqlar Tələblərin toplanması, izlənməsi (traceability), dəyişikliklərin idarə olunması və sənədləşdirilməsi (BRD, FRD, NFRD, User Stories, Acceptance Criteria). BPMN və UML notasiyaları əsasında proses modelləşdirmə (Camunda, BPMN io, Bizagi və s.). SDLC, Agile, Scrum, Kanban metodologiyaları və layihə idarəetmə prinsipləri barədə dərin bilik. Analitik təhlil və hesabatlılıq üçün SQL sorğularının hazırlanması. REST/SOAP API interfeysləri, RabbitMQ və Kafka kimi mesajlaşma sistemləri ilə işləmə bacarığı. Analiz keyfiyyətinin testləşdirmə, sənədləşdirmə və CI/CD proseslərinə təsirini anlamaq. AI texnologiyalarının SDLC-yə və biznes metriklərinə təsirini anlamaq. Jira və Confluence alətlərindən səmərəli istifadə bacarığı. Güclü analitik və mürəkkəb problemləri həll etmə bacarığı, detallara yüksək diqqət. "5 Niyə?" və digər kök səbəblərin təhlili (RCA) metodlarını tətbiq etmək bacarığı. Uzunmüddətli biznes məqsədlərini və arxitektur bütövlüyü nəzərə alaraq strateji qərarvermə bacarığı. Test ssenarələrinin hazırlanması və funksionallığın doğrulanmasında komandalararası əməkdaşlıq. Texniki və biznes komandalar arasında effektiv kommunikasiya və konfliktlərin həlli bacarığı. Komandadakı gənc analitiklərə mentorluq və CoE standartlarının təşviqi. Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə İnformasiya Texnologiyaları, Biznes İdarəetməsi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi. İT biznes analitikası və ya əlaqəli sahədə 3-5 il iş təcrübəsi. İİBA-CBAP, PMI-PBA, SQL, Power BI və proqramlaşdırma dillərinə dair sertifikatlar üstünlükdür. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və inkişaf mühiti. Kompleks və innovativ layihələrdə iştirak imkanı. Şəxsi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları. "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.