Baş QA mühəndis
Описание работы и требования
Kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; Proqram təminatının test edilməsi üzrə ən azı 1 il təcrübə, o cümlədən: Unit testing; Integration testing; Functional testing; Test automation; Mobile testing; Postman, Cucumber Framework, Appium və Selenium əsaslı alətlərlə iş təcrübəsi; Aşağıdakı verilənlər bazalarından ən azı biri ilə iş təcrübəsi: Oracle Database; MS SQL Server; Java və JavaScript üzrə biliklər; Avtomatlaşdırılmış test alətləri ilə praktiki iş təcrübəsi; Testlərin qiymətləndirilməsi (test estimation), planlaşdırılması və hesabatların hazırlanması üzrə təcrübə; Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı; Yazılı və şifahi ünsiyyət bacarıqlarının yüksək səviyyədə olması; Yüksək təşkilatçılıq və detallara diqqət; Analitik düşüncə və problem həll etmə bacarığı; Bir neçə QA tapşırığı arasında prioritetləri müstəqil müəyyənləşdirə bilmək; Çevik, uyğunlaşa bilən və sürətli öyrənən olmaq. Üstünlük hesab olunur FinTech sahəsində əvvəlki iş təcrübəsi; Agile metodologiyası ilə iş təcrübəsi; Junior həmkarlarla bilik və təcrübəni bölüşmək istəyi; XRAY test aləti ilə əvvəlki iş təcrübəsi.
Должностные обязанности
Komandamıza qoşulacaq, rəqəmsal məhsullarımızın keyfiyyətini, etibarlılığını və məhsuldarlığını təmin etməyə kömək edəcək detallara diqqətli və təşəbbüskar Senior QA Engineer axtarırıq. Bu vəzifədə proqram təminatının hazırlanması həyat dövrünün bütün mərhələlərində həm manual, həm də avtomatlaşdırılmış testlərin planlaşdırılması, hazırlanması və icrası sizin əsas məsuliyyətiniz olacaq. Siz Product Owner, Developer və digər funksiyalararası komandalarla sıx əməkdaşlıq edərək problemlərin erkən mərhələdə müəyyənləşdirilməsinə, biznes tələblərinin düzgün yoxlanılmasına və yüksək keyfiyyətli proqram təminatı versiyalarının istifadəyə verilməsinə töhfə verəcəksiniz. İdeal namizəd proqram təminatının test metodologiyaları, test avtomatlaşdırma framework-ləri, API testing və verilənlər bazasının yoxlanılması üzrə praktiki təcrübəyə malik olmalıdır. Analitik və sistemli düşüncə tərzinə sahib olmaq, istifadəçi təcrübəsinin yüksək səviyyədə təmin edilməsinə maraq göstərmək və QA proseslərinin davamlı təkmilləşdirilməsinə töhfə vermək gözlənilir.
Подать Заявку Сейчас
Эта вакансия требует подачи заявки на сайте работодателя.